"Bu şəkillərdə gördüyünüz mənzərə sabiq deputat Əsabil Qasımova məxsus "Pilot-16" şirkətinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 134 ünvanında yerləşən, ailə üzvlərimin və doğmalarımın payçı olduğu evdə törətdikləri əməllərin nümunəsidir".
Musavat.com azxeber.com-a istinadən xəbər verir ki, bu barədə politoloq Elçin Mirzəbəyli məlumat verib.
"Hörmətli Baş prokurordan mülkiyyət hüquqlarımızın qorunmasına yardım göstərməsini xahiş edirəm", - deyə o bildirib.