“Keçmiş Dağlıq Qarabağ”, “keçmiş Laçın dəhlizi”: “Rossiya-24” telekanalının Laçınla bağlı xüsusi reportajı

"Artıq bizim sülhməramlıların missiyası sonra çatıb. Onlar artıq ölkəni tərk edirlər. Artıq bu ərazilər tam təhlükəsizdir".

Musavat.com xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalının Laçından hazırladığı xüsusi reportajında bildirilib.

"İndi Laçın yolunda hərbi maşınları deyil, tikinti materiallırını daşıyan yük avtomobillərini görmək olur. 2020-ci ilə qədər bu ərazilərdə evləri görmək mümkün deyildi. Hazırda yeni evlər tikilib və pulsuz olaraq vətəndaşlara verilib. Hazırda əhali burada yaşayır və tikinti işlərində də özləri iştirak edirlər", deyə reportajda bildirilir.

Musavat.com videomaterialı daha geniş versiyasını təqdim edir:

Afaq Mirayiq,
Musavat.com

18.05.2024 15:20
4637