Keçmiş baş katib Çingiz İsmayılov vəfat etdi - FOTO

AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Çingiz İsmayılov aprelin 12-i 90 yaşını qeyd edəcəkdi.

Qeyd edək ki, veteran futbolçu 1955-1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

23.03.2025 21:50
1557