Salyanda ər və arvadın - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədovanın yaşadıqları evdə qətlə yetirilməsi hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.
Ər və arvadın evlərinə oğurluğa gələn şəxs (şəxslər) tərəfindən öldürüldükləri ehtimal olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.**Oxu.Az
***
Salyanda ər və arvad qətlə yetirilib.
Hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.//APA