Kayahanın həyatı film olacaq

Türkiyəli mərhum müğənni Kayahan Açarın həyatı film olacaq.

İfaçının qızı Beste Açar ekran işində rol almasını istədiyi aktyorların adını açıqlayıb. O, atasını aktyorlar Yiğit Kirazcı, Taner Ölmez və ya müğənni İpek Açar Kömürcünün canlandıra biləcəyini deyib.

Beste filmdə Kayahanın qızı kimi onu aktrisa Eda Ecenin canlandırmasını istədiyini deyib. (Axşam.az)

21.01.2024 18:36
439