Kasıblar çirklənmiş şəhərlərdə yaşayacaqlar....- Azərbaycanlı ekspertdən qorxunc proqnoz

"Hazırda dünyada böyük sürətlə mülkiyyətsizləşdirmə siyasəti tirajlanır. Bu yeni kölələşmə dövrünün başlanğıcıdır. Ölkələr nə qədər çox inkişaf edərsə, mənzil əlçatanlığı çətinləşər və böyük şəhərlərdə "daş-beton qutu"larda kirayə qalanların sayı artar".

Musavat.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, insanlar kütləvi şəkildə kirayə yaşamağa çağrılır:

"Bu qlobal dünyada titan kapitalistlərin insanların beyninə yeritdiyi qorxunc koddur. Onlar deyir ki, ev almaq nəyə kazımdır ki....Kirayə yaşa, evin daimi xərclərindən və problemlərindən azad ol.

Gələcək insanı tam asılı duruma salmaq üçün mülkiyyətsizləşmə sürətləndirilir və kirayənişin kütləsi artır.

Bütün əmlaklar iri kapital sahibləri tərəfindən alınır. Hətta inkişaf etməmiş ölkələrdə belə kənd yerlərini, torpaqları məmurlar kütləvi sürətdə alır. Çox yox, cəmi 200 il sonra kasıblar çirklənmiş şəhərlərdə bir-birinə bitişik, dar mənzillərdə kirayə qalacaq. Əmlakların sahibləri və varlılar isə təmiz kəndlərdə yaşayacaqlar".

Şahanə Rəhimli
Musavat.com

30.08.2024 19:39
1131