Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Latviya prezidenti Edqars Rinkeviçsin qolunun sınmasına təəssüflənib.

Bu barədə siyasətçi öz "Telegram" kanalında bildirib.

“Təəssüf ki, boynu deyil. Gözləyək”, - Medvedev yazıb.

Xatırladaq ki, Edqars Rinkeviçs sentyabrın 28-də velosipeddən yıxılaraq sağ əlinin biləyini, sol əlinin barmağını sındırıb. (Publika.az)

06.10.2024 22:18
1597