Ötən həftə bir neçə erməni seperatçıları liderlərinin, generallarının həbs edilməsinin şahidi olduq. Onlardan Ruben Vardanyan, Davit Manukyan, Levon Mnatsakanyan, David Babayanın adlarını qeyd edə bilərik.
Həbs edilənlərin sayı artdıqca cəmiyyətdə onlara hansı cəza verilməsi ilə bağlı müzakirələr də artır. Azərbaycan xalqı nə qədər humanist xalq olsalar da, bu şəxslər çox saylı qətliamlarda iştirak edib, əlləri azərbaycanlıların qanına batıb.
Bəs cəmiyyətimiz onlara hansı cəzanı istəyir, hansı cəzanı layiq görürlər?
TV Müsavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib və onların fikirlərini öyrənib. Hazırladığımız reportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com