“Kartdan karta pul köçürmək qadağan deyil. Qadağan olan başqa haldır. Yəni “Elektron ticarət haqqında” Qanun kartdan karta pul göndərməyi qadağan etmir. Qanun istehlakçıların elektron ödəniş etmək imkanı ilə təmin edilməməyi qadağan edir. Başqa sözlə, POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000 manat, 3-cü dəfə və daha çox olanda 6000 man müəyyən edilir”.
Musavat.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov öz sosial media hesabında bildirib.
O qeyd edib ki, son vaxtlar belə hallar hədsiz çoxalıb və buna görə də operativ vergi nəzarəti tədbirlərinin gücləndirilməsinə ehtiyac var:
“Həm də respublikamızın elə əraziləri var ki, həmin ərazilərdə bu cür hallar digər ərazilərdən daha çoxdur. Bölgələr arasında belə kəskin fərqin olmasının səbəbinin özü də bir ayrıca araşdırmalı sualdır”.
Afaq,
Musavat.com