Kanadadan vətəndaşlarına XƏBƏRDARLIQ - İranı təcili TƏRK EDİN!

Kanada hökuməti öz vətəndaşlarına xəbərdarlıq edərək onlardan qəti şəkildə İrana səfər etməməyi istəyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Bununla bağlı, dünən Kanadanın xarici işlər naziri Melani Coli çağırış edib.

O, hazırda İranda olan Kanada vətəndaşlarının da təcili şəkildə İranı tərk etməli olduqlarını vurğulayıb.

Qeyd olunub ki, Melani Colinin xəbərdarlığı ölkəsinin SEPAH-ı terror təşkilatları siyahısına salması qərarından sonra olub.

Musavat.com

20.06.2024 14:04
803