Kanadada 500-ə yaxın yeniyetmə səhvən seçkilərə səsverməyə dəvət edilib

Kanadanın Saskaçevan vilayətində 500-ə yaxın yeniyetmə regional seçkilərə səs vermək üçün dəvət olunub.

"Report"un məlumatına görə, bu barədə CTV telekanalı xəbər yayıb.

Müvafiq seçki bülletenləri poçt vasitəsilə hələ 18 yaşına çatmamış yeniyetmələrə göndərilib. Saskaçevan Seçki Komissiyası texniki səhv olduğunu etiraf edib və bülletenləri alan gənclərə məlumat verilib.

Saskaçevan Regional Parlamentinə seçkilər oktyabrın 22-dən 28-dək keçirilir. Yalnız əyalətin yetkinlik yaşına çatan sakinləri səs verə bilər.

23.10.2024 08:00
163