Kanada Müdafiə Nazirliyi Ukraynaya CRV7 aviasiya raketlərinin göndərilməsi imkanlarını öyrənir.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Kanada Silahlı Qüvvələrində 2000-ci illərin əvvəllərindən istifadədən çıxarılmış 83 mindən çox belə raket var. Lakin bu raketlərin heç də hamısında döyüş başlığı yoxdur. Yalnız 8 minə yaxın raket yaxşı vəziyyətdədir ki, məhz onlar Ukraynaya verilə bilər.