Kanada pasportları normal pasportlar kimi görünsə də, lakin ultrabənövşəyi şüalarla işıqlandırıldıqda hər şey dəyişir.
Musavat.com xəbər verir ki, adətən mühüm sənədlər gizli şəkillərlə qorunur.
Lakin kanadalılar ağ-qara şəkilləri rənglənməyə qərar veriblər. Belə ki, dizaynerlər adi fon mənzərələrini xüsusi mürəkkəblə çəkiblər. Beləliklə, pasportu ultrabənövşəyi şüalar altında tutan kimi səhifələrdə Kanadaya aid fərqli rəsmlər görünür.
Nigar HƏSƏNLİ,
Musavat.com