Kamran Əliyevdən yeni TƏYİNAT

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

17.09.2024 16:43
1290