Kamran Əliyev onu Qubadlıya prokuror TƏYİN ETDİ

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.

Qeyd edək ki, E.Kərimov Qubadlıda anadan olub. O, 14 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

28.02.2024 12:15
1624