İlk yayımlanma saatı: 01:30
Tanınmış məşqçi Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyada "Domodedovo" hava limanında saxlanılıb.
Musavat.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib. Kamil Zeynallı qeyd edib ki, saxlanılmasına səbəb Ermənistanın onu beynəlxalq axtarışa verməsidir. O Ermənistana təhvil veriləcəyini də istisna etməyib.
Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) məhkəməyə çıxarılacağını bildirib və Azərbaycandan kömək istəyib.
Musavat.com