Kamil Zeynallı anası ilə telefonla danışdı: “Təyyarədəyəm” - VİDEO

Ötən gün Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı anası ilə telefonla danışıb.

Oxu.Az xəbər verir ki, Kamil Zeynallı anasına təyyarədə olduğunu bildirib.

“Telefonu indi açdım, ilk sənə zəng etdim. Qızım Sahiləyə də zəng edəcəyəm”, - o bildirib.

Qeyd edək ki, Kamil Zeynallının Moskvada saxlanılması Ermənistan tərəfindən axtarışa verilməsi ilə əlaqədar idi.

Həmin görüntüləri təqdim edirik:

22.02.2024 02:20
1004