Kamala Harris seçkiyə bir həftə qalmış əsas çıxışını edib

ABŞ vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris bir həftə sonra keçiriləcək seçkilərdən əvvəl Vaşinqtonda minlərlə izdiham qarşısında son böyük çıxışını edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, K.Harris Amerika xalqına xitabla deyib: “Bir həftə ərzində öz həyatınıza, ailənizin həyatına və sevdiyimiz bu ölkənin gələcəyinə birbaşa təsir edəcək qərar qəbul etmək imkanınız olacaq”, - deyə o, çıxışının əvvəlində bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn seçkilər “iki partiya və iki fərqli namizəd arasında seçimdən daha çox şeydir”.

“Bu, bizim hər bir amerikalı üçün azadlıq üzərində qurulmuş, yoxsa xaos və fitnə ilə idarə olunan bir ölkəyə sahib olacağımızla bağlı seçimdir. Amerika liderlərinin yeni nəslinin vaxtıdır”, - Harris əlavə edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Musavat.com

 

30.10.2024 15:08
322