Avropa İttifaqı ölkələri İsrailin Qəzzadakı hərəkətlərinə görə hətta ən yüngül sanksiyaları qəbul etməkdə çətinlik çəkirlər.
Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin ali diplomatı Kaya Kallas Kopenhagendə keçirilən Aİ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hətta Avropa Komissiyasının təklif etdiyi ən yumşaq variant – İsrailin Horizon elmi-tədqiqat proqramından kənarlaşdırılması məsələsində də üzv dövlətlər arasında konsensus yoxdur.
Kallas vurğulayıb: “Bu gün biz dəqiq heç bir qərar qəbul etməyəcəyik. Bu isə onu göstərir ki, biz bölünmüşük və vahid mövqedən danışa bilmirik".
Diplomat əlavə edib ki, Kopenhagendəki görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin də qəbul olunmayacağı gözlənilir.
Musavat.com