Kaliforniyada palıd meşələri yanır - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Mariposa dairəsində palıd meşələri yanır.

Alov 600 hektardan çox ərazini əhatə edib.

Yerli hakimiyyət orqanları yaxınlıqdakı yaşayış məntəqələrindən insanların təxliyəsi ilə məşğuldurlar.

Son məlumatlara görə, artıq 12-dən çox bina yanıb.

23.07.2022 17:15
293