Musavat.com zəlzələnin baş verdiyi Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunun hazırkı durumu ilə bağlı özəl videoları və fotoları təqdim edir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04.17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13.24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04.26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04.36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Zəlzələdə ölənlərin sayı 5894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
Musavat.com