Kadırovdan şok addım: Duma deputatları və milyarder senatora qan davası elan etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu gün hökumətin təhlükəsizlik blokunun nümayəndələri ilə görüş keçirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Wildberries ofisi yaxınlığında baş verən atışmanı müzakirə edilib. Kadırov iclasdakı çıxışında Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanovu, həmçinin senator Süleyman Kərimovu onun qətlini hazırlamaqda ittiham edib: "Onların öz biznesləri var və onlar nəinki bu qadının biznesini əlindən aldılar (Wildberries-in yaradıcısı Tatyana Kim – red.), hətta məni öldürməyi də əmr etdilər".

Readovka Telegram kanalı xəbər verir ki, Çeçenistan rəhbəri günahsız olduqlarına dair sübut təqdim etməsələr, onlara qarşı qan davası da elan edib.

Xatırladaq ki, sentyabrın 18-də “Wildberries” bazarının yaradıcısı Tatyana Kimin əri Vladislav Bakalçuk bir qrup naməlum şəxslə birlikdə şirkətin Moskvadakı baş ofisinə girməyə cəhd edib. Atışma başlayıb, nəticədə iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Musavat.com

11.10.2024 00:37
699