Kadırovdan “öldü” deyənlərə cavab: "Hələ çoxunuzun..."

Çeçenistanın rəhbəri Ramzan Kadırov onun xəstə olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Musavat.com xəbər verir ki, Kadırov bu barədə açıqlamanı özünün Telegram kanalında paylaşdığı videomüraciətində verib.

O, bu kimi iddiaları “boş şayiələr” adlandırıb və cəmiyyətə çağırış edib:

“Bizə ayrılmış zaman əvvəlcədən müəyyən olunub. Onu şüurlu şəkildə yaşamaq lazımdır – şayiələr yaymadan, qarışıqlıq yaratmadan. Həyatı boş yerə sərf etməyin”.

Qeyd edək ki, son günlər Ramzan Kadırovun səhhətində ciddi problemlərin olduğu barədə müxtəlif iddialar sosial şəbəkələrdə yayılmışdı.

O isə artıq bir neçə dəfə bu məlumatları təkzib edərək fəaliyyətini davam etdirdiyini bildirmişdi.

Musavat.com

27.05.2025 02:14
837