Rusiyanın Kursk vilayətində “Axmat” bölməsindən bir qrup "Kadırov əsgəri"nin məhv edilməsinə dair sübutlar üzə çıxıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın 225-ci hücum batalyonu bu gün Kursk vilayətindəki Axmat bölməsindən olan daha bir qrup çeçen döyüşçünün məhv edilməsinə dair sübut təqdim edib. Ukrayna əsgərlərinin verdiyi məlumatda qeyd edilib ki, ərazinin təmizlənməsi əməliyyatları davam edir.
"Budur sübut. İndi döyüşçülərdən hansının məhv edildiyini (cəsədlərin vəziyyətinə görə vizual tanınması çətindir), kimlərin döyüş meydanından geri çəkildiyini dəqiq müəyyən etmək çətindir, lakin insanların onların adlarını bilməsi vacibdir. "- , deyə yayılan məlumatda qeyd edilir.
Xatırladaq ki, avqustun 11-də "DeepState" analitikləri Ukraynanın 225-ci hücum batalyonunun "Axmat" bölməsini darmadağın etdiyi barədə məlumat yaymışdı.
Musavat.com