Çeçenistan rəhbəri Ramazan Kadırov əmindir ki, Ukrayna 2024-cü ildə “təslim”ə imza atacaq.
Musavat.com xəbər verir ki, o bu barədə video yayıb.
Videoda Çeçenistan rəhbəri iddia edir ki, “Rusiyanın geri qaytarmağa bir neçə şəhəri qalıb”.
“Bizim yeganə qorxumuz danışıqlar masasına əyləşməyimizdir. Ürəyimizdə olan budur: biz Ukrayna və Qərblə danışıqların aparılmasını istəmirik. Onların heç nəyi qalmayıb, yalnız bir-birinə qarşı inciklikləri var”, - Kadırov əlavə edib.
Musavat.com