Kadırov oğluna bu ordeni verdi - FOTO

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov respublikanın ən yüksək mükafatını - "Kadırov ordeni"ni alıb.

Musavat.com xəbər verir ki, bu barədə milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Axmed Dudayev özünün "Telegram" kanalında məlumat verib.

"Adam əsl müsəlman və çeçen olmaqla öz şanlı ailəsini layiqincə təmsil edən vətəninin əsl vətənpərvər oğludur. Bu, onun yüksək mənəvi keyfiyyətinin və işinə sadiqliyinin layiqli mükafatıdır.", - Dudayev yazıb.

Attachment

Musavat.com

26.08.2024 08:22
2891