İyulun 13-də Azərbaycan Mətbuat Şurasında Şuranın və “Dünyagöz” klinikasının təşəbbüsü ilə milli mətbuatımızın yaranmasının 149 illiyi münasibətilə media nümayəndələri üçün göz müayinəsi keçirilir.
Musavat.com xəbər verir ki, müayinə klinikanın təcrübəli həkim heyəti tərəfindən aparılır. Bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü Səadət Məmmədova məlumat verib.
Müayinə saat 15.00-dək davam edəcək. Müayinənin cavabları “Dünyagöz” klinikası tərəfindən yerində çatdırılıb. Bəzi müayinələrin cavabları isə müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra fərdi qaydada çatdırılacaq.
Etibar Seyidağa,
Musavat.com