Jurnalistləri təhqir edən 20 ilin jurnalisti KİMDİR? - DOSYE + VİDEO

İctimai Televiziyanın efirində yayımlanan “Gündəlik” serialında "müəllim-jurnalist münasibəti" ilə bağlı kiçik bir epizod sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Jurnalist əməyinin aşağılanması, jurnalistlərin məktəbdaxili bütün proseslərə qarışması və hər neqativi ictimailəşdirilməsinin pisləndiyi səhnə bu peşə sahibləri tərəfindən birmənalı qarşılanmayıb. 

"Gündəlik" serialının ssenari müəllifi Qan Turalıdır.

Bəs çəkdiyi filmdə jurnalistləri təhqir edən 20 ilin jurnalisti Qan Turalı kimdir?

Musavat.com xəbər verir ki, Tural Oqtay oğlu Cəfərov 1984-cü ildə Azərbaycanın Şirvan şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistratura pilləsini bitirib.

2005-ci ildən bədii yaradıcılıqla məşğuldur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub.

"Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb. Abzas.net adlı internet jurnalının qurucusu və redaktoru olub. "Azadlıq" qəzetinin köşə yazarı (2006-2011) kimi çalışıb.

2011-ci ildən Kulis.Az internet jurnalının baş redaktorudur.

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimidir.

Onu da qeyd edək ki, Qan Turalı əvvəllər meyxana ilə bağlı sərt fikirlər də səsləndirib. O, meyxananın Azərbaycan folkloruna aid olmadığını, Azərbaycan xalqına və ümumiyyətlə, türk mədəniyyətinə yad bir sənət olduğunu, Azərbaycan Respublikasının əhalisinin əksər hissəsinin meyxananın varlığından ancaq son illərdə xəbər tutduğunu qeyd edib.

Musavat.com “Gündəlik” serialının sözügedən səhnəsini təqdim edir:

 

16.03.2024 14:38
1654