Jurnalist Türkan Məmmədli günlər sonra həyat yoldaşı ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, jurnalist dünyasını dəyişmiş həyat yoldaşı Orxan Məmmədlidən yazıb:
"Ürəyimin içi əriyir, Orxan... Sabah sənin ad günündür, mənim oktyabr çiçəyim... Sən bu ayda doğuldun, bu ayda da soldun... Bəxş etdiyin bütün gözəlliklərə görə sənə minnətdaram. Mən ancaq onları xatırlayacağam..."