Jurnalist Şahin Rzayev azadlığa buraxıldı

Jurnalist Şahin Rzayev azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.

“Azadlıqdayam. Dəstəyiniz üçün təşəkkürlər”,- jurnalist yazıb.

Qeyd edək ki, Şahin Rzayev inzibati xəta törətməkdə təqsirli bilinərək ötən gün həbs edilib. Məhkəmə onun barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.

16.01.2024 20:20
948