“JPost”: İsrailin İrana hücumda 100-dən çox təyyarəsi iştirak edib

İsrailin Hərbi Hava Qüvvələri İrana gecə hücumu zamanı 100-dən çox təyyarədən istifadə edib.

“Report” xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

"100-dən çox təyyarə, o cümlədən F-35 qırıcıları İrana 2 min km məsafədə hücumda iştirak etdi", - nəşr yazıb.

Qeyd edilir ki, İsrailin Hərbi Hava qüvvələri hücum zamanı Amerikanın ən yeni F-35 qırıcılarından istifadə edib.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

26.10.2024 08:39
874