Ermənistan parlamentinin sədri Alen Simonyan öz partiyasının spikerinə çevrilib.
Musavat.com xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazır.
Qəzetin informasiyasına əsasən, Simonyan özü üçün bir sərəncam imzalayıb. Sərəncama görə, Ermənistan parlamentinin nümayəndə heyəti iyunun 3-6-da Lyublyanaya (Sloveniya Respublikası) səfər etməlidir. Nümayəndə heyəti isə yalnız Paşinyanın partiyasının fraksiya deputatlarından və parlament sədrinin aparatının üzvlərindən ibarətdir.
“Alen Simonyanla birlikdə hakim “Vətəndaş sazişi” partiyasının deputatları Sərkis Xandanyan, Lena Nazaryan, parlamentin mətbuat katibi Nelli Qulyan və digər əməkdaşlar Sloveniyaya gedəcəklər. Belə görünür ki, nümayəndə heyətində bir dənə də olsun müxalifətçi deputat yoxdur. Beləliklə, Alen Simonyan parlamentin deyil, sadəcə öz partiyasının deputatlarının sədri kimi fəaliyyət göstərir”, - “Joxovurd” yazır.
Musavat.com