Aparıcı və aktyor İlkin Həsəninin həyat yoldaşı, bloger Aysel Həsəni izləyicisinə əsəbiləşib.
Bununla bağlı İlkinin xanımı sosial şəbəkə hesabında paylaşım edib.
Aysel bərbərin oğlu Raininin ilk dəfə saçının kəsməsinin görüntülərini yayımladıqdan sonra izləyicilərindən biri ona "Bu uşaq elə bil böyümür" sözləri ilə yazılan neqativ mesaj ünvanlayıb.
Həmin mesajı səhifəsində paylaşan İlkinin xanımı "Yazı tərzi olmayan belə savadsız izləyiciyə nə deyəsən? 11 aylıq uşaq belə beyinsizin gözündə nə boyda olmalıdır görəsən?" sərt şəkildə reaksiya bildirib.
Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı daha bir qız övladı var.
Xatırladaq ki, aşiqlərin övladı Rain dünyaya gəldikdən sonra bir müddət səhhətində problem yaranıb. Bu səbəbdən körpə xəstəxanada qalaraq müalicələr alıb. (olay)