"İtlə dostluq elə, amma çomağı əldən qoyma!" - paytaxt sakinlərindən "mehriban erməni"lərlə bağlı SƏRT MESAJ

Məlum olduğu kimi, Qarabağdakı ermənilərə seçim etmək imkanı verilib: kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, Qarabağda qalıb, yaşayacaq. Buna qane olmayan ermənilər isə artıq bir müddətdir ki, heç bir maneə olmadan Laçın sərhəd-buraxılış məntəqəsindən çıxıb gedirlər. Gedən ermənilərin Azərbaycan jurnalistlərinə verdikləri açıqlamalar isə diqqət çəkir.

Demək olar ki, hamısı öz xoşları ilə Qarabağı tərk etdiklərini, bəziləri Azərbaycan dilində təmiz danışaraq, Azərbaycan xalqını sevdiklərini, azərbaycanlıların çox gözəl millət olduqlarını dilə gətirir. Hətta bir erməninin Azərbaycan dilində "ermənilər millət deyil, azərbaycanlılar çox gözəl millətdir" deməsinin şahidi olduq.  

Bəs Azərbaycan cəmiyyəti bu haqda nə düşünür, onların dediklərinə inanmalı, yoxsa izləyib, getməliyikmi? Ermənilər Azərbaycan jurnalistlərinə bu cür açıqlamalar verib, Ermənistana keçəndə yenə də öz xislətlərinə sadiq qalıb, tamamilə əks iddialar səsləndirə bilərmi?

TV Müsavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib və onların fikirlərini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

 

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

27.09.2023 19:43
1305