Balam tapılandan sonra gözüm yoldan yığıldı.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itikin düşən və 30 il sonra nəşinin qalıqları tapılan şəhid Gülalı Dadaşovun anası Səbirə Dadaşova bildirib.
O, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Bu işdə əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. Balam tapılandan sonra gözüm yoldan yığıldı. Daha məzarını ziyarət edə biləcəm."
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonun Əbürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.