İtkin düşən yeniyetmələrdən daha biri tapıldı  

Martın 17-də itkin düşmüş üç yeniyetmədən daha biri tapılıb.

Musavat.com- un əldə etdiyi məlumata görə, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən daha biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Dünən rəfiqələrdən biri də tapılmışdı.

Şahanə Rəhimli
Musavat.com

24.03.2025 12:52
2297