İtkin düşən qadın görün haradan tapıldı, demə...

Hacıqabulda itkin kimi axtarılan qadının yeri məlum olub.

Ailəsi tərəfindən yanvarın 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib.

Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Bu barədə onun həyat yoldaşı APA-nın Mil-Muğan bürosuna bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb.

03.02.2024 20:38
1669