İtkin düşən 18 yaşlı Nahidə Tovuzda tapıldı - ailə qurmaq üçün...

Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib.

25.05.2024 11:53
1248