İtkin düşən 14 nəfər TAPILDI

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ötən gün itkin düşən 14 nəfərin yeri müəyyənləşib.

Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib.

Bildirilib ki, fevralın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

18.02.2025 10:20
1012