Türkiyəli fenomen Cansu Yeğinin iti üzünü parçalayıb.
Bu barədə fenomen sosial media hesabında yazıb.
"Üzümün 4 fərqli yerində tikişlər var. Sol yanağım iç tərəfinə qədər parçalanıb. 8 yaşında olan itimin hücumuna məruz qaldım. Öldürəcək kimi hücum etdi və üzümdən ömürlük yaralar aldım. Ömrüm boyumca bu yaralar üzmüdə qalacaq. Çağlar (red. - dostu) yanımda olub müdaxilə etməsəydi, sağ qalardımmı bilmirəm. O hücum etməzdən əvvəl burnunu öpmüşdüm. Bu ilk belə hərəkəti deyil, amma bu qədər ciddi qarşılıq verməmişdi", - deyə o bildirib.
Cansu ciddi şəkildə müalicə alacağını vurğulayıb.//Axşam.az