İtaliyanın elit hərbçisi Kiyev səmasını qoruyur

Ukrayna mediası Rusiya işğalına qarşı döyüşlərə qatılan əcnəbi pilot haqqında maraqlı məlumat paylaşıb.

AzVision.az xəbər verir ki, saytlar italiyalı Culia Şifin ölkəsinin ən yaxşı pilotlarından biri hesab olunduğunu yazıb.

Qeyd edilir ki, o, gender problemlərinə görə ordunu tərk etmək məcburiyyətində qalıb.


Kişinyovun keçmiş meri Ukrayna ordusuna yazılıb"23 yaşlı italiyalı xanım pilot Culia Şif Rusiyanın işğalına etiraz olaraq Ukraynanın müdafiəsinə qalxıb. Bu barədə "Daily Mail" məlumat yaydı. Culiya İtaliya Hərbi Hava Qüvvələrinin keçmiş pilotudur. İndi cəsur qız Kiyevdə Ukraynanı işğalçılardan qoruyur. Müharibənin əvvəlindən o, Beynəlxalq Ərazi Müdafiə Legionunun könüllülərinin tərkibində xidmət edir. Culiya bölməsində yeganə qadındır. Bir neçə ay əvvəl pilot Pozzuoli Akademiyasında üzləşdiyi dedovşina ilə bağlı rəsmi şikayətlərə görə İtaliya Hərbi Hava Qüvvələrindən qovulmuşdu", - məqalədə yazılıb.

Nəşrin məlumatına görə, Culianın kişi həmkarları təyyarədə onun başını vurublar və daha sonra kürəyini qamçılayaraq hovuza atıblar. İddialara görə, bu, ümumilikdə "İtaliya pilotlarına həsr olunmuş" bir jest olub. Müşahidə kameralarına düşən real görüntülərə baxmayaraq, məhkəmə qanun pozanların tərəfini tutub və Şifi İtaliya Hərbi Hava Qüvvələrindən qovub. Buna görə Culia vaxtından əvvəl hərb sahəsini tərk etmək məcburiyyətində qalıb.

31.03.2022 12:16
1437