İtaliyadan gözlənilməz qərar: Ukraynaya qoşun göndərmək planları dayandırıldı

İtaliya hökuməti Ukraynaya hərbi kontingent göndərmək məsələsini gündəmə gətirmir.

Musavat.com xəbər verir ki, bu barədə "Radio-1" hökumət sarayı məlumat yayıb.

“Hazırda İtaliya hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi gündəlikdə yoxdur”, — deyə mənbələr bildirir.

Bununla belə, Radio-1 xatırladır ki, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani, BMT-nin mümkün sülhməramlı missiyası çərçivəsində və ABŞ-ın dəstəyi ilə İtaliya kontingentinin göndərilməsini mümkün saymışdı.

Hazırda İtaliya bu məsələdə ehtiyatlı mövqe tutur və yalnız beynəlxalq razılaşmalar çərçivəsində addım atmağa hazır olduğunu vurğulayır.

Musavat.com

26.02.2025 13:56
764