İtaliyadakı Azərbaycan səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncamla qərara alınıb ki, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın. Nazirlər Kabineti yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirsin.

03.09.2022 16:27
467