İtaliyada koronavirus qurbanlarının sayı 177 mini ötüb

İtaliyada son sutka ərzində koronavirus qurbanlarının sayı 48 nəfər artaraq 177 min 24-ə yüksəlib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda ölkədə 36 min 632 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 22 milyon 395 min 282-yə çatıb.

Hazırda reanimasiya şöbəsində olanların sayı 128, aktiv COVID-19 xəstələrinin sayı isə 459 min 373 nəfərdir.

Pandemiya dövründə İtaliyada 21 milyon 758 min 885 nəfər virusdan sağalıb.

30.09.2022 10:15
345