İtaliyada helikopter qəzası nəticəsində yeddi nəfər ölüb

İtaliyanın Apuliya bölgəsinin cənub hissəsində xilasetmə xidmətləri ikisi uşaq olmaqla, yeddi nəfəri daşıyan helikopterin qalıqlarını aşkarlayıb

Bu barədə vilayətin vitse-prezidenti Rafaele Piemontese bildirib.

“Alidaunia” nəqliyyat şirkətinin “Agusta A109” helikopteri İtaliyanın cənubunda radarlardan itib.

Məlumata görə, ki, helikopter Adriatik dənizindəki Tremiti adalarından saat 9:20-də (Bakı vaxtı ilə 12.20) havaya qalxıb və təxminən bir saat sonra radarlardan itib.

Mənbə: gazeta.ru

06.11.2022 01:03
421