İtaliya Qırmızı dənizdə pilotsuz uçuş aparatını vurub

İtaliyanın Duilio gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub.

Ekipaj özünümüdafiə prinsipi əsasında hərəkət etdiyini bildirib.

Qeyd edilib ki, PUA 6 kilometr məsafəyə yaxınlaşıb.

“Sözügedən gəmi hazırda Husi qruplaşmalarının hücumlarından sonra kommersiya marşrutları üzrə pulsuz naviqasiya təmin edən zonadadır”, - deyə bəyanatda bildirilir.

Müdafiə naziri Quido Krozetto qeyd edib ki, Husilərin ticarət gəmilərinə hücumları “terror xarakteri daşıyır və beynəlxalq hüququn pozulmasıdır”.\\APA

03.03.2024 03:43
427