İtaliya mafiyasının bossu Gürcüstanda saxlanılıb

Gürcüstanda polis İtaliya mafiyasının liderlərindən biri Cüzeppe Sqanqunu saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumata görə, 67 yaşlı Sqanqu 2020-ci ildə öz ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq iddia edir ki, təqsirləndirilən şəxs Turində müxtəlif cinayətlərə görə məsuliyyət daşıyan mafia birliyi yaradıb.

Sqanqu beynəlxalq axtarışa verilib və Gürcüstanda tapılıb. Gürcüstanın baş prokuroru İrakli Şotadze də faktı təsdiqləyib.

24.10.2023 16:14
662