İsveçrədə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

İsveçrənin Zofingen şəhərində bıçaqla silahlanmış şəxs yoldan keçənlərə hücum edib.

“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində bir neçə şəxs yaralanıb. Lakin yaralıların dəqiq sayı hələlik açıqlanmayıb.

Cinayətkar saxlanılıb, faktla bağlı araşdırma aparılır.

15.05.2024 22:40
441