İsveçrədə dəhşətli anlar- 7 nəfər xəsarətlər aldı  

İsveçrənin Hünenberq kommunasında hava şarı səmada olarkən alışaraq yanmağa başlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Hava şarı alışdıqdan sonra yerə çırpılıb. Qəza yerinə gələn xilasedicilər qısa müddətdə yanğını söndürüblər.

Zərərçəkənlər təcili tibbi yardım maşınlarında xəstəxanaya çatdırılıb.

18.06.2023 08:52
522