İsveçrə səfiri Türkiyə XİN-ə dəvət edilib

İsveçrənin Türkiyədəki səfiri Jan Daniel Rux bu gün Türkiyə XİN-ə dəvət edilib.

Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, buna səbəb İyunun 14-də Sürixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərinin yandırılması və təhqiramiz ifadələr olub.

15.06.2023 20:31
483